Modern.az

Pakistanın baş nazirinə cinayət işi açıldı

Pakistanın baş nazirinə cinayət işi açıldı

Təhsil

17 Sentyabr 2014, 13:26



Pakistanın baş naziri Nəvaz Şərif və daha bir neçə vəzifəli şəxsə qarşı cinayət işi açılıb. Modern.az xarici mətubata istinadən xəbər verir ki, cinayət işinin başlamasına səbəb avqustun 30-da İslamabadda keçirilən etiraz aksiyalarının 3 iştirakçısının həlak olmasıdır. Qeyd olunur ki, baş nazir və parlament kompleskinə daxil olmağa çalışan 25 minlik etirazçı Nəvaz Şərifin göstərişi ilə dağıdılıb.

Nəticədə 3 nəfər həlak olub, aralarında qadın və uşaqların da olduğu 500 nəfər isə xəsarət alıb.

Bundan öncə, Pakistanın Lahor şəhər məhkəməsi aksiyanın dağıdılmasına görə Şərif və daha 20 nəfər vəzifəli şəxs haqqında cinayət araşdırmasına başlamağa göstəriş versə də, polis qərarı icra etməyib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı