Modern.az

Müxalifət liderləri bir araya gəldi – FOTOLAR

Müxalifət liderləri bir araya gəldi – FOTOLAR

Təhsil

17 Sentyabr 2014, 14:25


Bu gün siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfransa başlayıb. ADP-nin qərargahında keçirilən konfransda Müsavat, KXCP, “Ümid”, ADP və digər müxalifət partiyalarının təmsilçisi iştirak edir.

Musavat.com-un verdiyi xəbərə görə, KXCP sədri M.Mirəlioğlu çıxış edərək bildirib ki, tədbirə parlamentdə təmsil olunan partiyalar, həmçinin hakim partiya olan YAP da dəvət olunub.    

Çıxış edən Müsavat başqanı İsa Qəmbər isə bildirib ki, mövcud hakimiyyət  ölkədə demokratiyanı məhdudlaşdırmaq yolunu tutub. O, fakt kimi sadəcə Konstitusiyanın dəyişdirilməsini, iki dəfə keçirilən referendumu göstərib.   O qeyd edib ki, demokratiyanın məhdudlaşdırılması ölkəmizin çağdaş dünyada layiq olduğu yeri tutmasına imkan vermir. Demokratik inkişaf Qarabağ münaqişəsinin inkişafına da imkanlar yaradacaq. Ölkənin müstəqilliyinin təhdid altında olduğunu vurğulayan İ.Qəmbərin  insanların mühacirətindən də təəssüflə danışıb.   

“Biz nə edəcəyimizi müzakirə etməliyik. Günahı ilk növbədə hakimiyyətdə görməliyik. Həmçinin daxili və xarici amillər var”. İ.Qəmbər beynəlxalq təşkilatları da bu məsələdə qınayıb.   

“Bizim tərəfdarlarımız bütün xalqdır. Xalq ölkədə dəyişiklik istəyir, xalqın demokratik dəyişikliklərə inamsızlığı var, bunu dəyişməliyik. Azərbaycanda demokratiyanın inkişafı üçün yenidən bir başlanğıc edəcəyik”,- deyə Müsavat başqanı dəyişikliklərin yaxında olduğunu vurğulayıb.    

“Ümid” Partiyasının sədri İqbal Ağazadə isə çıxışında bildirib ki, “nə etməli” sualına cavab axtarmaq lazımdır: “Cəmiyyətə açıq olmalıyıq. Xalq bu prosesə cəlb olunmalıdır. Kim nə qədər mübarizə apara bilirsə, o siyasi təşkilatlarla o qədər irəliləmək lazımdır. Xalq prosesin içinə alınmayacaqsa, məğubiyyət qaçılmazdır. Funksional əməkdaşlıq üçün bizə heç nə mane olmamalıdır”.

Onun sözlərinə görə, cəmiyyətdə bir siyasət qorxusu var: “Bu qorxu götürülməlidir və daha çox insan bizim sıralarımıza cəlb olunmalıdır”.    

“Vəhdət” Partiyasının sədri Tahir Kərimli isə müxalifəti qabiliyyətsizlikdə ittiham edib. “Niyə xalq sizi dəstəkləmir? Ya xalq müdrik deyil, ya da müdrikdirsə, niyə sizi dəstəkləmir? Niyə indiyədək heç bir lider demir ki, mən hakimiyyətə gəlsəm, siyasi sabitliyi bərpa edəcəm. Niyə boyun olmurlar? Hərdən çaşıb mən də özümü müxalifətə aid edirəm. Məni iqtidarın adamı adlandırırlar. Buna görə qorxumdan “feysbuk”a girə bilmirəm”.

 

Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı