Modern.az

Qızıl Xaç Azərbaycandakı Ermənistan vətəndaşına baş çəkib

Qızıl Xaç Azərbaycandakı Ermənistan vətəndaşına baş çəkib

Təhsil

17 Sentyabr 2014, 15:27



Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycana keçmiş Ermənistan vətəndaşına baş çəkib.

Bu barədə Modern.az-a Beynılxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, vətəndaşla görüş sentyabrın 16-da baş tutub. Saxlanılan şəxsdən ailəsi üçün məlumat götürülüb.

Qeyd edək ki, Ermənistan vətəndaşı Sarkis Ananyan Ermənistanın Tavuş vilayətinin Noyamberyan rayonundandır. Onun avqustun 26-sı Qazaxın Kəmərli kəndi istiqamətindən könüllü olaraq Azərbaycan tərəfə keçdiyi bildirilir.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...