Modern.az

“Yeni “Dədə Qorqud” filminin ssenarisi artıq hazırdır” - Nazirlikdən AÇIQLAMA

“Yeni “Dədə Qorqud” filminin ssenarisi artıq hazırdır” - Nazirlikdən AÇIQLAMA

Təhsil

17 Sentyabr 2014, 15:46



“Yeni “Dədə Qorqud” filminin ssenarisi artıq hazırdır”. Bunu Modern.az saytına  Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib. Onun sözlərinə görə, filmin çəkilişlərinə nə vaxt başlanılacağı bəlli deyil:

“Müəllifi Anar olan ssenariyə hazırda nazirlikdə baxılır. Serialın neçə bölümdən ibarət olacağı da çəkilişlər zamanı bilinəcək”.

Qeyd edək ki, prezident İlham Əliyev “Dədə Qorqud” dastanının motivləri əsasında çoxseriyalı filmin çəkilməsi haqda sərəncam imzalayıb. Sərəncama görə, çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat vəsait ayrılıb.

Rüfanə GÜNƏŞ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı