Daşkənddə keçirilən yunan-roma güləşi üzrə Dünya Çempionatında Azərbaycan güləşçisı Rəsul Çunayevin erməni güləşçisini 11:0 hesabı ilə “məhv” etməsindən sonra əsgər hərəkətləri ilə tatamini tərk etməsi erməniləri pərişan edib.
Modern.az saytı xəbər verir ki, onun bu hərəkətlərinə siyasi don geyindirməyə çalışan erməni mətbuatı yazır ki, “Rəsul Çunayev bu hərəkətləri ilə Azərbaycan gəncliyində ermənifobiya yaratmağa çalışıb. İdman ədalətli mübarizə deməkdir. İdmançılar bir-birinə rəqib kimi baxmalıdır, düşmən kimi yox. Çunayev özünü ikiqat qalib kimi aparırdı, ona görə ki, o, erməni idmançısını məğlub etmişdi”.
“Nəticədə yenə də qeyd edirik ki, Azərbaycanda ermənilərə qarşı nifrət toxumu müxtəlf yollarla səpilir, o cümlədən idman yolu ilə”-deyə erməni mətbuatı qəzəblə yazıb.
Ermənilərin məğlubiyyət acısına dözməməyi və onların qısqanclığını qiymətlənirməyi isə oxucuların öhdəsınə buraxırıq.

İsmayıl Tanrıverdi