Modern.az

Erməni biznesmen: “Tansu Çillər Ermənistana məhsul daşınmasına razılıq verib”

Erməni biznesmen: “Tansu Çillər Ermənistana məhsul daşınmasına razılıq verib”

Təhsil

17 Sentyabr 2014, 16:25


Erməni əsilli iranlı biznesmen Levon Aqaronyan Ermənistanın gömrük sistemini tənqid edib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iranlı biznesmen türk plastmas borularının Ermənistana maneəsiz gətirildiyini, iranlı biznesmenlər üçün isə maneələrin yaradılmasından şikayətlənib:

“Ermənistana gətirilən türk plastmas məmulatları gömrük vergisindən yayındırılır. 90-cı illərdə Tansu Çillər Gürcüstana səfər edib və razılaşlıb ki. Cavaxetiya vasitəsilə türk plastması Ermənistana ixrac olunsun. Razılığa əsasən, buna görə türklər heç bir gömrük rüsumu ödəməyəcək. Ona görə də İran plastmasından daha çox satılırlar”.

Onun fikrincə, İran plastması daha keyfiyyətlidir: “Məsələn, İran plastmas boruları daha sıx və bərkdir”.

Ermənistan mətbuatının məlumatına görə, bazarda türk plastması İran plastmasından daha çoxdur.

Məsələn, 2013-cü ildə Ermənistan Türkiyədən 477 ton plastmas boru idxal etmişdisə, bu vaxt ərzində İrandan 313 ton əldə edib. Amma 2012-ci illə müqayisədə Türkiyədən idxal olunan boru kütləsi 73 ton azalıb, əvəzində İrdan 164 ton artıb.  

Modern.az  

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı