Modern.az

Azərbaycanın 5 milyard manata yaxın borcu var

Azərbaycanın 5 milyard manata yaxın borcu var

Təhsil

17 Sentyabr 2014, 16:29


“1 iyul 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 4,987.9 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil edir”. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, borc vəsaitlərinin 7.7%-i 10 ilə qədər, 62,0%-i 10 ildən 20 ilə qədər, 30.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olub. “01 iyul 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10.8 faiz, ABŞ dolları – 60.6 faiz, avro – 24.3 faiz, yapon yeni – 2.3 faiz, İslam dinarı – 0.8 faiz, Səudiyyə rialı – 0.5 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Küveyt dinarı – 0.2 faiz”.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avrova Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib. Həmçinin, cari ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq beynəlxalq valyuta bazarlarında uğurla yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları vasitəsilə 1,250.0 milyon ABŞ dollarında vəsait cəlb edilmiş və bununla Azərbaycan dövlət borcunun uzunmüddətli (10 il) gəlirlik əyrisinin bünövrəsi qoyulub.    

Gülşən RAUFQIZI  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı