Modern.az

Ukraynada partiya sədrinin arvadını zibil yeşiyinə atmaq istədilər

Ukraynada partiya sədrinin arvadını zibil yeşiyinə atmaq istədilər

Təhsil

17 Sentyabr 2014, 22:00

Ukrayna Prezident Administrasiyasının binası qarşısında dövlət başçısı Pyotr Poroşenkonun imzaladığı və Ali Radanın qəbul etdiyi Donbasa xüsusi status verilməsi ilə bağlı məsələyə etiraz olaraq mitinq keçirənlər “Pyotr Poroşenkonun bloku” Partiyasının sədri Yuri Lutsenkonun həyat yoldaşı, deputat İrina Lutsenkoya hücum ediblər. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları “Ar olsun!” qışqıraraq xanım Lutsenkonu zibil yeşiyinə atmağı təklif ediblər.

Bundan əvvəl kütlə Ali Radanın qarşısında xalq deputatı Vitali Juravskini zibil yeşiyinə atıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı