Modern.az

Dəhşət: Rusiya muzdluları Ukrayna hərbçilərinin üstünə benzin töküb yandırırlar - VİDEO

Dəhşət: Rusiya muzdluları Ukrayna hərbçilərinin üstünə benzin töküb yandırırlar - VİDEO

Təhsil

17 Sentyabr 2014, 23:30

Ukraynanın şərqində Rusiya muzdlularının əsirliyindən xilas olan hərbçilər və vətəndaşlar üzləşdikləri çoxsaylı işgəncələr haqda danışıblar. Modern.az xarici KİV-ə istinadən bildirir ki, hərbi döyüşlər gedən ərazilərdə fəaliyyət göstərən tibb işçilərinin sözlərinə görə, işğal olunan yerlərdə Rusiya muzdluları əsl vəhşilk edirlər. “Aydar” batalyonunun tibb işçisi Emma adlı xanım deyib ki, döyüşlərdə ölən hərbçilərin meyitləri tanınmaq üçün Luqanska göndərilir. Emma işgəncə və güllənərək öldürülən “Aydar” batalyonunun döyüşçülərinin cox sayda fotolarını nümayiş etdirərk onların bədənlərinin müxtəlif yerində işgəncə izlərinin aşkarlandığını vurğulayıb.

Onun sözlərinə görə, bunların hamısı Rusiya muzdlularının əməlləridir: “İşgəncələrin formaları onların hansı qrupun əlinə düşməsindən asılıdır. Əgər “kadırovçular” əsir götürürlərsə insanların dilini də kəsirlər, hətta cinsi orqanları da kəsilə bilər. Bəzi meyitlərdə güllə yaraları da var, onlar çox yaxın məsafədən vurulublar. Bəzi insanları isə əzab-əziyyətdən sonra yandırırlar”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı