
Sentyabrın 18-də səhər saatlarında ermənilərin işğal etdiyi Dağlıq Qarabağdakı hərbi postlardan birində keşik çəkən 24 yaşlı əsgər Mqer Akopyan aldığı güllə yarası nəticəsində ölüb.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi” əsgərin Azərbaycan ordusunun snayperinin vurduğunu iddia edib.
Qeyd edək ki, Ermənistan tərəfi bəzən ordudakı dərəbəyliyi gizlətmək üçün baş verən bu cür insidentlərdə Azərbaycan tərəfini günahlandırır. Sonradan məlum olur ki, erməni əsgər ya özü özünü vurub, ya da hərbçi yoldaşı güllələyib.
***
Bu gün səhər saatlarında Qarabağın cəubunda, qoşunların təmas xəttində ölən erməni hərbçisinin zabit olduğu müəyyən olunub. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Mqer Akopyan Ermənistan ordusunda baş leytenant rütbəsində xidmət edib. Onun Ermənistanın Vanadzor şəhərində yaşadığı, Dilican rayon hərbi komissarlığından 2007-ci ildə hərbi xidmətə çağırıldığı müəyyən olunub.
Xatırladaq ki, ermənistanlı hərbçi Azərbaycanın işğal altındakı Fizuli rayonu istiqamətində ölüb.
Modern.az