Modern.az

Mədəniyyət Universitetinin daha bir prorektoru işdən çıxarıldı

Mədəniyyət Universitetinin daha bir prorektoru işdən çıxarıldı

Təhsil

18 Sentyabr 2014, 16:16


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru vəzifəsindən azad olunub.

Universitetdən Modern.az-a verilən məlumata görə, tədris işləri üzrə prorektor Rafiq Sadıqov universitetin rektoru Fərəh Əliyevanın sərəncamı ilə vəzifəsindən azad edilib.  

Qeyd edək ki, sentyabrın əvvəllərində rektorun əmri ilə daha iki prorektor - elm və yaradıcılıq işləri üzrə prorektor Maral Manafova və inzibati təsərrüfat işləri üzrə prorektor Həmid Məhərrəmov vəzifələrindən çıxarılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı