
Bu gün Avropa Liqasının qrup mərhələsinin oyunlarına start verilib. Moder.az saytının məlumatına görə, Azərbaycanın “Qarabağ” klubu Bakıda Fransanın “Sent Etyen” komandası ilə qarşılaşır.
F qrupunda mübarizə aparan "Qarabağ" tarixində ilk dəfə bu mərhələdə mübarizə aparır.
Görüş saat 21:00-da başlayıb.
Bu qrupun digər oyununda Ukraynanın “Dnepr” klubu İtaliya “İnter”ini qəbul edir.
21:00.”Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa) - 0:0 (Birinci hissə)
Hakimlər: Steven Maklin, Qavin Harris, Fransis Konnor, Alasdair Ross (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 70. Çumbinyo, 41. Leroy Corc
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 11. Danilo Dias, 7.Namiq Yusifov, 17.Vüqar Nadirov, 99. Namiq Ələskərov
"Sent Etyen": 16. Stefan Ruffier, 20. Conatan Brison, 23. Paul Baysse, 26. Mustafa Bayal Sall, 6. Jeremi Klement (k), 8. Benjamin Korqne, 10. Renaud Çohade, 19. Florentin Poqba, 7. Maks-Alain Qradel, 9. Mevlut Ərdinç, 22. Kevin Monnet-Paket
Ehtiyat oyunçular: 30. Jessi Moulin, 29. François Klerk, 32.Jerrold Nyemek, 18. Fabien Lemoine, 28. İsmail Diomande, 11. Yohan Mollo, 12. Allan Sent-Maksimin.
***
Matçın 22-ci dəqiqəsi gedir, hesab açılmayıb. Oyun hələ ki bərabər səviyyədə davam edir...
***
35-ci dəqiqə başa çatır - 0:0
***
Birinci hissə 0:0 hesabı ilə yekunlaşdı... Komandalar fasiləyə çıxıblar...
***
İkinci hissə başlayıb. "Qarabağ"ın üstünlüyü ilə oyun davam edir...
***
78-ci dəqiqədən sonra hesab açılmayıb...
***
Oyun 0:0 hesabı ilə başa çatdı...