Modern.az

“Bakıda 5 min taksi üçün lisenziya veriləcək” - AÇIQLAMA

“Bakıda 5 min taksi üçün lisenziya veriləcək” - AÇIQLAMA

Təhsil

19 Sentyabr 2014, 09:48


“Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları rəhbərlik başda olmaqla hər gün qanunsuz taksi fəaliyyəti göstərən avtomobillərə qarşı reydlərə çıxır. Xeyli müddət əvvəl həmin avtmobil sahiblərinin hamısı bu barədə məlumatlandırılıb və onlara bildirişlər də verilib. Hesab edirəm ki, bu problem zamanında öz həllini tapacaq”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Həsənov qadağan olunan avtomobillərin taksi kimi fəaliyyət göstərməsindən danışarkən söyləyib.

Onun fikrincə, sərnişinlərin sovet avtomobillərinə marağı azalıb: “Artıq sürücülər görür ki, sərnişinlər özü də sovet dövründən qalan avtomobillərə maraq göstərmir, daha çox müasir avtomobillərə müraciət edirlər. Digər tərəfdən, həmin sürücülərə lisenziya verilmir. Yalnız əvvəlcədən lisenziya alanlar müddət başa çatanadək ondan istifadə edirlər. Qeyri-qanuni fəaliyyət göstərənlərə gəldikdə, onlar lisenziyasız fəaliyyət göstərdiklərinə görə 100 manat, lisenziyanın şərtlərini pozduqlarına görə 50 manat məbləğində cərimə olunurlar. Lisenziyalar 5 il müdətinə verilir, amma aylıq fərqlənmə nişanına görə sürücülər ödənişlər edirlər. Lisenziya verilməsində hədd müəyyənləşdiyindən həmin avtomobillər lisenziya ala bilməyəcəklər.”.  

Nazirlik rəsmisi qanunsuz fəaliyyət göstərən taksilərin hələ də olduğunu etiraf edib: “Düzdür, biz onların hamısının qarşısını ala bilməmişik. Əslində nazirlik insanlara qarşı humanistlik göstərir. Yəni bəzi sürücülər özlərinə yeni avtomobil alana qədər onlara taksi kimi fəaliyyət göstərmələrinə göz yumulur.

Bizim tələblərimiz qüvvəsində qalıb.   Uzun müddət əvvəl qeyri-leqal olaraq fəaliyyət göstərən taksilərin sayı həddindən artıq idi, amma hazırda onların sayı kifayət qədər azalıb. İndiki halda nazirlik olaraq 5 min taksinin kifayət eədəcəyi qənaətinə gəlmişik. Yəni 5 minə yaxın taksi üçün lisenziya veriləcək. Bildiyiniz kimi “London taksiləri”nin bir hissəsi ölkəmizə artıq gətirilib. 2015-ci il mart ayının 1-ə qədər qalan hissəsinin gətirilməsi tam başa çatdırılacaq”.      

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı