Modern.az

Araz Əlizadə: “Ayaz Mütəllibovla ancaq şəxsi məsələlərdən danışırıq” - AÇIQLAMA

Araz Əlizadə: “Ayaz Mütəllibovla ancaq şəxsi məsələlərdən danışırıq” - AÇIQLAMA

Təhsil

19 Sentyabr 2014, 12:31


“Biz 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkisində real namizədlərlə  iştirak etməkdə qərarlıyıq”. Bunu Modern.az saytına Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

ASDP başçısı bələdiyyə seçkisində partiyadan rəhbər şəxslərin də iştirakını istisna etməyib. “Dairələrdə bizi qeydə alandan sonra bu məsələyə baxacağıq”.  

Araz Əlizadə ölkədə sol siyasi qanadı təmsil edən təşkilatların zəif olmasından da söz açıb. O bildirib ki, bunun kökündə dayan əsas amil sosial-demokratlar da daxil olmaqla, sol meylli qüvvələrin hakimiyyətdə olmamasıdır. “İndiyə qədər nə zaman hakimiyyətdə olmuşuq ki?! Ölkədə sol yönümlü partiya ASDP və Kommunist Partiyasıdır”.  

Araz Əlizadə ASDP-nin istər sol, istərsə də sağ qanadı təmsil edən partiyalarla əməkdaşlıq etməyəcəyini bəyan edib. Onun sözlərinə görə bu, siyasi əməkdaşlıq mədəniyyətinin aşağı olması ilə bağlıdır. “Biz heç bir partiya ilə, təşkilatla əməkdaşlıq etməyəcəyik. Çünki Azərbaycan siyasətçilərində əməkdaşlıq mədəniyyəti yoxdur”.  

Araz Əlizadə eks-prezident Ayaz Mütəllibovla əlaqələrində də danışıb. O bildirib ki, sabiq dövlət başçısı ilə ancaq telefonla əlaqə saxlayır. “Söhbətimiz siyasətdən olmur. Ancaq həyatdan, şəxsi məsələlərdən danışırıq”.  

Aqşin Kərimov   

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı