Modern.az

İdman müxtəlif millətlərdən olan uşaqlar arasında dostluq əlaqələri yaradır - FOTO

İdman müxtəlif millətlərdən olan uşaqlar arasında dostluq əlaqələri yaradır - FOTO

Təhsil

19 Sentyabr 2014, 14:25


Sentyabrın 19-da Şaqan Olimpiya Kompleksinin stadionunda Xəzər rayon İnkişaf Fondu, Xəzər rayon Yeni Azərbaycan Partiyası, İcra Hakimiyyəti və AFFA-nın təşkil etdiyi Açıq Əyləncəli Futbol Məktəblərinin proqramı çərçivəsində Bakı məktəbinin iştirakı ilə festival keçirilib. Modern.az xəbər verir ki, festivalda 200 uşaq, 12 məşqçi iştirak edib. Festivalın açılış mərasimində AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev və digər nümayəndələr iştirak edib.

«Açıq Əyləncəli Futbol Məktəbləri» layihəsi futbol və əyləncəli oyunlar tədbiq etməklə 7-12 yaşlı uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, onlarda futbola və başqa idman növlərinə maraq yaratmaq, küçənin pis təsirindən yayındırmaq, sağlam həyat tərzi aşılamaq və ən əsası isə müxtəlif millətlərdən olan uşaqlar arasında dostluq əlaqələri yaratmaqdır. Bu məktəblərdə uşaqlar oynamaq bacarıqlarına görə yox, oynamaq istəklərinə görə cəlb olunur. Təsadüfü deyil ki, məktəblərin fəaliyyətində oğlanlarla bərabər qızlar da iştirak edirlər. Bu layihədə «idman hamı üçün» prinsipi əsasdır.


  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı