Bu gündən etibarən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri vəzifəsini Hikmət Hacıyev icra edəcək.
Nazirlikdən Modern.az saytına verilən məlumata görə, kütləvi informasiya vasitələrinin nümayəndələri H.Hacıyevlə (+99412) 596 92 76 iş telefonu, (+994 51) 311 01 05 mobil telefonu və ya h [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.XİN-in mətbuat xidmətinin əvvəlki rəhbəri Elman Abdullayev iki gün öncə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Efiopiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Modern.az