Türkiyənin ana müxalifət partiyalarından biri olan CHP-nin sədri Kamal Kılıçdaroğlu türk diplomatlarının İŞİD girovluğundan azad olunmasına görə hökumətə təşəkkür edib.
Modern.az saytı Türkiyə KİV-nə istinadla xəbər verir ki, CHP lideri girovların sağ-salamat azad olmasına görə şad olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda İŞİD girovluğunda olan ölkəsinin Mosul baş konsulluğunun diplomatlarının məxfi əməliyyatla azad olunduğunu bildirib.
Diplomatlar 3 aydan çoxdur ki, İŞİD girovluğunda idi.
Modern.az