Fransada ağır böhran yaşanır və bu, bütün Avropanı iflasa apara bilər. 2014-cü ildə Fransada yaşanan iqtisadi böhran Avropa Birliyini müflis edə bilər”.
Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Fransanın keçmiş prezidenti Nikola Sarkozi “France 2” telekanlına müsahibəsində deyib.
Sabiq dövlət rəhbəri etiraf edib ki, 2012-ci ildəki prezident seçkisini uduzduğuna görə məsələnin bu yer çatmasında özü də məsuliyyət daşıyır. Nikola Sarkozi yenidən siyasətə qayıtmaq haqqındakı suala cavab verərkən isə bildirib ki, belə bir şeyi düşünmür. “Mənim başqa seçimim də yoxdur”,-deyə Nikola Sarkozi söyləyib.
Qeyd edək ki, Nikola Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.
Modern.az