Modern.az

“Türkiyəyə gələn suriyalıların sayı 100 min oldu” – AÇIQLAMA

“Türkiyəyə gələn suriyalıların sayı 100 min oldu” – AÇIQLAMA

Təhsil

22 Sentyabr 2014, 10:29


“Türkiyəyə gələn suriyalı qonaqlarımızın sayı 100 min nəfər oldu”. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin  Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Komitəsinin baş direktoru Fuad Oktay deyib.

  Onun sözlərinə görə Suriyanın Rakka şəhərinin Təl-Abyad mahalında terror təşkilatı İŞİD ilə Demokratik Birlik Partiyası (PYD – PKK-nın Suriya qolu) arasında yaşanan qarşıdurmalardan qaçan  suriyalılar, Suruç mahalında yaradılan sahədən Türkiyəyə gəlməyə davam edirlər.

Fuad Oktay bölgəyə gedərək gələn suriyalıların qeydə alınmasını və sağlamlıq testindən keçirilməsini araşdırıb.  

Buradakı ailələrlə görüşən Oktay, çətinliklərini dinləyərək onlara köməkçi olacaqlarını söyləyib.

Rüfanə GÜNƏŞ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı