Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Nyu-Yorkda dəbdəbəli kafeyə gedir, ABŞ-ın keçmiş prezidenti Bill Klintonla nahar yeməyi yeyir və Fransanın keçmiş dövlət başçısı Nikolya Sarkozinin qonaq gələcəyini gözləyir.
Modern.az bildirir ki, bu haqda “The New York Times” qəzetində yazılıb:
“Mister Saakaşvili memuar yazır, haqqı yaxşı ödənilən çıxışlar edir, Vaşinqtonda elmi-tədqiqat institutunun yaradılmasında iştirak edir və guya keçmiş dostları kimi senator Con Makkeyn və dövlət katibinin köməkçisi Viktoriya Nulandla görüşür.
O, deyir ki, özünün turist statusunu işçi vizası ilə əvəzləyəcək, ancaq hələ ki, yeni vətənində bar və kafelərdə kef çəkir”.
Modern.az