Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən şəxsin üzərindən narkotik vasitə tapılıb. Modern.az xəbər verir ki, həmin şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Bilal Hacıyevdir.
O, görüşdən çıxarkən üzərinə və əşyalarına baxış keçirilən zaman əynində olan şalvarın cibindən şokolad kağızının içərisində sellofana bükülmüş xalis çəkisi 0,488 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.Gülşən RAUFQIZI