Modern.az

Qız toyundan qayıdarkən su kanalında boğulan bəyin meyiti tapılıb

Qız toyundan qayıdarkən su kanalında boğulan bəyin meyiti tapılıb

Təhsil

22 Sentyabr 2014, 15:36


Modern.az
saytı Yexlaxın EL telekanalına istinadən xəbər verir ki, üç gün öncə Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində dostları ilə birgə çimərkən boğulub ölən Bakı sakini, 1987-ci il təvəllüdlü Fuad Faiq oğlu Rəsulovun meyiti bu gün saat 12 radələrində batdığı yerdən 2 kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun toyu olacaqmış. Onun nişanlısı olan qızın toy mərasimi bir neçə gün əvvəl olub. Fuad Rəsulov dostları ilə birgə Qazax rayonunda keçirilən qız toyundan qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Bu  zaman o, boğulub. Faktla bağlı araşdırma aparılır.

Modern.az
Qeyd: Xəbər Modern.az saytı ilə Yevlaxın EL telekanalının qarşılıqlı informasiya mübadiləsi layihəsi çərçivəsində təqdim olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı