Modern.az

Əfqanıstanın yeni prezidenti xalqa müraciət etdi: “Ölkə şirkət kimi idarə olunmayacaq”

Əfqanıstanın yeni prezidenti xalqa müraciət etdi: “Ölkə şirkət kimi idarə olunmayacaq”

Təhsil

22 Sentyabr 2014, 21:29

Əfqanıstanın yeni dövlət başçısı Əşrəf Qani Əhməd Zay milli birlik hökumətinin iqtidarın paylaşılması üçün deyil, məsuliyyətlərin bölüşdürülməsi üçün qurulacağını, hökumətin də hər altı aydan xalqa hesab verəcəyini söyləyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı olduqdan sonra ilk dəfə danışan Əhməd Zay hökumətin bütün məsələlərlər bağlı xalqa hesab verəcəyini, bir şirkət kimi idarə olunmayacağını deyib. O, siyasi problemlərin silahla deyil, danışaraq həll ediləcəyini bildirib. Seçkidəki rəqibi Abdullah Abdullahın da Nazirlər kabinetinin sədri olaraq qatılacağı milli birlik hökumətinin hər bir əfqana qarşı məsuliyyəyli olacacağını və bütün paralel hökümətlərin aradan qaldırlacağını vurğulayıb. Əfqanıstandakı Taliban təşkilatı isə dövlət başçılığı üçün yarışan iki namizəd Əşrəf Qani Əhmədzay və Abdullah Abdullah tərəfindən qurulacaq milli birlik hökumətini rədd edərək, "belə bir hökumətin, hökumət deyil ancaq bir şirkət ola biləcəyini" iddia edib. Seçkinin "saxta" olduğunu qarşıya qoyan təşkilat, rəhbərin ABŞ tərəfindən seçildiyini deyib.

Rüfanə GÜNƏŞ  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı