ABŞ dövlət katibi Con Kerri Türkiyə diplomatlarının İŞİD girovluğundan azad olunmasından sonra rəsmi Ankaranın sözügedən terror təşkilatına qarşı mübarizədə töhfə verəcəyini bildirib. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Con Kerri ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi koalisiyaya Türkiyənin də qoşulmasından ümidləndiyini söyləyib.
Onun sözlərinə görə Türkiyə əvvəllər girovluqda olan diplomatları ilə maraqlanırdı və istıdiklərini reallaşdırdı. ABŞ rəsmisi bir daha İŞİD-in Türkiyədə neft şəbəkəsi qurması haqqında danışıb və rəsmi Ankaranın İŞİD-lə mübarizəyə qoşulmasının şərtlərini açıqlayıb.
“ABŞ olaraq, bu nefti Türkiyə, Suriya, Livan üzərindən başqa ölkələrə verilməsindən əmin olmalıyıq”. Bildirək ki, Türkiyə hökuməti İŞİD girovluğunda olan diplomatlarının xüsusi əməliyyat yolu ilə azad edib. Türkiyə İŞİD-lə mübarizədə koalisiyaya qoşulmayacağını da bəyan edib.Modern.az