Modern.az

Ağ Evə silahlı basqın zamanı Obama necə hərəkət edib? - AÇIQLAMA

Ağ Evə silahlı basqın zamanı Obama necə hərəkət edib? - AÇIQLAMA

Təhsil

23 Sentyabr 2014, 00:30

 

“ABŞ prezidenti Barak Obama Ağ Evə silahlı basqın zamanı ekstremal vəziyyəti dəyərləndirdi”. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernets deyib.

O, ötən cümə günü  Ağ Evə basqın cəhdini şərh edərkən bildirib ki, bu xoşagəlməz hadisəyə baxmayaraq Barak Obama məxfi xidmətinə tam şəkildə etibar edir. Ağ Ev rəsmisi ABŞ prezidentinin basqına cəhd zamanı necə hərəkət etdiyini də açıqlayıb:

“ 42 yaşlı Omar Qonsales Ağ Evə girməyə cəhd edərkən Barak Obama ailəsi ilə birgə iqamətgahını tərk edib”,-deyə C. Ernest söyləyib.  

Qeyd edək ki, Omar  Qonsales Barak Obamanın iqamətgahının hasarını aşaraq bıçaqla Ağ Evə girməyə cəhd etmişdi. Lakin məxfi xidmətin əməkdaşları vaxtında onu zərərsizləşdirə bilmişdi.

Omar Qonsalesin vaxtilə 18 il ABŞ-ın quru qoşunlarında xidmət etdiyi bildirilir.  

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı