
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 25 sentyabr 2014-cü il tarixində saat 11:00-dan Şəmkir şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Modern.az nazirliyə istinadən xəbər verir ki, qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, Bayraq Meydanı)
24 sentyabr 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə: tel: +994 (12) 512-01-14
e-mail: [email protected]