Modern.az

Ağcabədidə baş verən yol qəzasında 4 nəfər öldü

Ağcabədidə baş verən yol qəzasında 4 nəfər öldü

Təhsil

23 Sentyabr 2014, 11:26

Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, ötən gecə Ağcabədi rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 17 km aralı) "VAZ" markalı 2 minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilində olan 3 nəfər sərnişin ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən 3 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yol qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyən olunub.

 Zərdab rayonu Gödək Qobu kənd sakini, 1978-ci il təvəllüdlü Əzizov Şəmistan Aydın oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik maşını Bərdə rayonunun Xəsilli kənd sakini, 1978-ci il təvəllüdlü Salmanov Əvəzxan Qədir oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını ilə toqquşub.
Nəticədə “VAZ 21099”da olan sərnişinlər, Gödək Qobu kənd sakinləri - 1978-ci il təvəllüdlü Babayev Vüqar Sərhad oğlu, 1988-ci il təvəllüdlü Eminov Rüfət İsrail oğlu, 1989-cu il təvəllüdlü Quliyev Bəhruz Nazim oğlu, Əzizov Rasim Aydın oğlu dünyasını  dəyişib. Hər iki sürücü isə ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisəyə “VAZ 21011”in yol hərəkət qaydalarına riayət etmədən qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxması səbəb olub.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı