“Ağakərim Şamidzadə hazırda palataya köçürülüb, vəziyyəti yaxşıdır”. Bunu Modern.az-a 1 saylı Klinik xəstəxanasından bildiriblər.
Qeyd edək ki, “Xəzər” TV-nin “Ləziz Dad” verilişinin aparıcısı Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Qonşuların verdiyi məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.
Hadisədən sonra yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyat olunan zərərçəkənin həyatını həkimlər xilas edə biliblər.
Gülşən RAUFQIZI