Modern.az

Yaponiyanın baş naziri Putinə göndərdiyi dəvəti geri götürdü

Yaponiyanın baş naziri Putinə göndərdiyi dəvəti geri götürdü

Təhsil

23 Sentyabr 2014, 11:40



Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinə göndərdiyi səfər təklifini geri götürüb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yaxın aylarda baş tutmalı olan səfər ABŞ-ın Yaponiya hökumətinə göndərdiyi xahişdən sonra təxirə salınıb.

Bununla belə, Sindzo Abe 2015-ci ilin noyabrında Pekində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Birliyinin sammitində Putinlə görüşməyə ümid edir. Yaponiya həm də Amerika-Rusiya münasibətlərinin gələcəkdə yaxşılacağı halda Vladimir Putini 2015-ci ildə qəbul etməyə hazır olduqlarını bilidribblər.

Rəsmi Moskva hələ ki səfərin təxirə salınması ilə bağlı rəsmi açıqlama verməyib.

Yaponiya Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara martın 18-dən qoşulub. Həmin vaxt viza rejiminin sadələşdirilməsi ilə bağlı Rusiya-Yaponiya məsləhətləşmələri və bir neçə ortaq layihələr dondurulub. Bundan başqa, 63 rusiyalı məmurun ölkəyə girişinə qadağa tətbiq edilib.

Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı