Modern.az

Azərbaycandakı təcridxanada növbəti nikah mərasimi keçirildi - FOTOLAR

Azərbaycandakı təcridxanada növbəti nikah mərasimi keçirildi - FOTOLAR

Təhsil

23 Sentyabr 2014, 12:14

Azadlıqdan məhrum edilmiş şəxslərin “ASAN” xidmətin fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar müəssisələrdə saxlanılan şəxslər şəxsiyyət vəsiqələrinin verilməsi ilə yanaşı, “ASAN” xidmət tərəfindən göstərilən nikahın qeydə alınması xidmətindən də yararlanmağa başlayıblar.
Belə ki, Penitensiar xidmətin 3 saylı İstintaq təcridaxanasında saxlanılan Rüstəmov Filidan Əhliman oğlunun və yaxınlarının müraciəti əsasında rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, 22.09.2014-cü il tarixdə təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Rüstəmov Filidan Əhliman oğlunun vətəndaş Hüseynova Sevinc Sədrəddin qızı ilə nikahı qeydə alınıb.
Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.







Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı