Modern.az

Çexiya səfiri BDU-ya gəldi

Çexiya səfiri BDU-ya gəldi

Təhsil

23 Sentyabr 2014, 16:26

Bu gün Çexiyanın ölkəmizdəki səfiri Vitezslav Pivonka Bakı Dövlət Universitetində olub. Qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov ona universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, üzvü olduğu təşkilatlarla işbirliyindən danışıb. Universitetlə tanışlıq xarakteri daşıyan görüşdə BDU ilə Çexiya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və yeni istiqamətlər müəyyənləşib. Səfir universitetin elmi-tədqiqat və tədris laboratoriyaları, elmi mərkəzləri ilə tanış olub.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı