
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adına Facebook sosial şəbəkəsində açılmış saxta səhifələr qapadılıb. Modern.az saytının xəbərinə görə, dünənədək Ramiz Mehdiyevin adından müxtəlif statuslar yazılan, fotolar paylaşılan saxta səhifəllər bu gündən Facebook-da yoxdur.
Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu ilin əvvəlində - fevralın 4-də Facebook-da həqiqi səhifə açsa da, bir müddət sonra onu bağladı.
Amma cənab Mehdiyevin adına açılmış bir neçə saxta səhifə son günlərədək fəaliyyət göstərirdi. Xüsusilə 5 min nəfərə yaxın istifadəçinin bəyəndiyi saxta səhifələrdən birində kimlərsə Ramiz Mehdiyevin adından daha aktivlik nümayiş etdirir, məmurlar, ictimai-siyasi hadisələr haqqında müxtəlif statuslar yazır, şəkillər paylaşırdılar.
Bu gün artıq Prezident Administrasiyası rəhbərinin adına açılmış saxta səhifələr fəaliyyət göstərmir.
Modern.az