Modern.az

Təhsil Nazirliyi məktəb direktoru olmaq istəyənlər üçün müsabiqə elan edib

Təhsil Nazirliyi məktəb direktoru olmaq istəyənlər üçün müsabiqə elan edib

Təhsil

23 Sentyabr 2014, 17:07

Təhsil Nazirliyi, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan direktor müavinlərinin təlimlərdə iştirakı üçün müsabiqə elan edir. 
Modern.az xəbər verir ki, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsili idarəedənləri yetişdirməkdir. 

Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək. 

Təlimlər 20 oktyabr 2014-cü il – 17 yanvar 2015-ci il (3 ay) tarixlərini əhatə edəcək

Qeyd edək ki, Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər. 

Rüfanə GÜNƏŞ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı