Modern.az

Bəşər Əsəd: “Terrorla mübarizədə beynəlxalq səyləri dəstəkləyirik”

Bəşər Əsəd: “Terrorla mübarizədə beynəlxalq səyləri dəstəkləyirik”

Təhsil

23 Sentyabr 2014, 23:58

Suriya prezidenti Bəşər Əsəd terrorla mübarizədə beynəlxalq prosesləri dəstəklədiklərini bildirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Şamda İraq Milli Təhlükəsizlik müşaviri Falih Fəyyadı qəbul edən Əsəd, "Təkfirçi terror qruplarıyla illərdir davam edən döyüşümüzü bütün gücümüzlə davam etdiririk. Terrorla mübarizədə beynəlxalq səyləri də dəstəkləyirik"-deyə vurğulayıb.

Prezident terrorla mübarizədə yalnız hərbi əməliyyatların kifayət etmədiyini deyib: “Ölkələr terrorun meydana gəlməsinə hər cür dəstəyin dayandırılması istiqamətində verilən beynəlxalq qanunlara da riayət etməlidirlər" Bundan başqa görüşdə ikilinin terror təşkilatlarının ortadan qaldırılması və terrorla mübarizənin uğurlu alınması üçün iki ölkənin ortaq atacağı addımlar və birlikdə görəcəkləri tədbirləri də müzakirə olunub.

Rüfanə GÜNƏŞ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı