Modern.az

Rusiya patriarxı Allahşükür Paşazadəyə dəvət göndərdi

Rusiya patriarxı Allahşükür Paşazadəyə dəvət göndərdi

Təhsil

24 Sentyabr 2014, 12:36



Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 25 sentyabr tarixində Rusiya Federasiyasına səfərə yola düşür.

İdarədən Modern.az saytına bildirilib ki, səfər Moskva və bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillin dəvəti əsasında həyata keçirilir.   MDB Dinlərarası Şurasının həmsədrləri olan Patriarx Kirillə QMİ sədri A. Paşazadənin görüşü 26 sentyabr tarixində Patriarxın Moskvadakı rəsmi iqamətgahında baş tutacaqdır.  

Səfər proqramına Sankt-Peterburq şəhərini ziyarət də daxildir. 
          
Modern.az  
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...