Modern.az

Alman-Azərbaycan Mədəniyyət Evi ofisini bağlamaq məcburiyyətində qalıb

Alman-Azərbaycan Mədəniyyət Evi ofisini bağlamaq məcburiyyətində qalıb

Təhsil

24 Sentyabr 2014, 15:45

“Alman-Azərbaycan Mədəniyyət Evi fəaliyyətini dayandırmayıb, amma keçmiş ofisimizi bağlamaq məcburiyyətində qalmışıq”. Bunu Modern.az-a açıqlamasında “Ev”inin icraçı direktoru Rəşad Quliyev deyib.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evi maliyyə problemlər ilə bağlı bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Mədəniyyət evinin rəhbərliyi Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ünvanlayıblar və komitədən cavab gözləyirlər: “Bir aya yaxındır ki, komitəyə müraciət etmişik. Amma bu günə qədər cavab ala bilməmişik. Aylarla hansısa dövlət qurumundan cavab gözləyə bilmərik. Hazırda üzvlük kampaniyasına güc vermişik. Bu böhrandan çıxmaq üçün yollar düşünürük. Ancaq fəaliyyətimizi də davam etdiririk. QHT-nin əsas gəlir mənbələri layihələr vasitəsi ilə qrantlardan, dövlət orqanları tərəfindən ayrılan subsidiyalardan, ianə, üzvlük haqlarından formalaşır.  Biz də üzvlük kompaniyasına başlayırıq. Təşkilatımızın ətrafına üzv toplamaqla həm təşkilatın Almaniya cəmiyyətində çəkisini artırmaq, həm də maddi cəhətdən müstəqilliyimizi təmin etməyi düşünürük”.
R. Quliyev başqa dövlət qurumlarına da müraciət etmək istədiklərini bildirib: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etməyi planlaşdırırıq. Ümid edirik ki, müsbət cavab alacağıq”.
İcraçı direktor mədəniyyət evi üçün müvəqqəti məkan tapdıqlarını deyib. Qeyd edək ki, Alman-Azərbaycan Mədəniyyət Evinin müraciəti Diasporla İş üzrə Dövlət Komitəsinin şöbələrində araşdırılır.  

Rüfanə GÜNƏŞ
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı