Modern.az

Erməni idmançılar Bakıda Avropa Oyunlarına qatılacaqmı? - Nazirlikdən CAVAB

Erməni idmançılar Bakıda Avropa Oyunlarına qatılacaqmı? - Nazirlikdən CAVAB

Təhsil

24 Sentyabr 2014, 16:00


“Olimpiya oyunlarına dəvət məsələsi ilə Avropa Olimpiya Komitəsi məşğul olur. Ermənistanın yarışlara qatılacağı hələlik bəlli deyil. Ermənistana dəvət göndərilməsi Avropa Olimpiya Oyunları Komitəsinin qərarıdır. Azərbaycanın dəvətinə isə nə rəsmi imtina, nə də təsdiq var”.

Bunu Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

“Bir müddət öncə Azərbaycan oxçuları da Ermənistanda keçirilən lisenziya xarakterli  yarışlara qatılmışdı. Odur ki, erməni idmançıların Azərbaycana gəlmə ehtimalları var. Son qərar yenə də onlardan asılıdır”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Gülşən RAUFQIZ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı