Modern.az

TQDK 7-ci sinif dərsliyi ilə bağlı tapşırıqlar verdi

TQDK 7-ci sinif dərsliyi ilə bağlı tapşırıqlar verdi

Təhsil

24 Sentyabr 2014, 21:58

Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqinin aparılması üçün hazırlıq işlərinə başlanılıb.
Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi üçün ayrı-ayrı fənlər üzrə işçi qrupları yaradılıb. İşçi qruplarına dərslik komplektləri və həmin sinif üzrə dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi nəticəsində formalaşmış rəylər təqdim edilib. Onlara dərslik komplektlərinin Azərbaycan və rus dillərində olan variantlarının birgə təhlili, həmin komplektlərin məzmuna, dil, yazı üslubuna, dizayn və bədii tərtibatına, tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa yenidən baxılması üçün tapşırıqlar verilib.
Qeyd edək ki, ayrı-ayrı fənlər üzrə işçi qrupları fəaliyyətə növbəti həftədən etibarən başlayacaq.

Rüfanə GÜNƏŞ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı