"Türkiyə terrora dəstək verən, göz yuman yox, əksinə terrora qarşı mübarizə aparan ölkədir".
Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 69-cu iclasında etdiyi çıxışında deyib. Onun sözlərinə görə, BMT-dən ümidini kəsən kütlələr çarəsizlikdən terrorun tələsinə düşürlər. Ərdoğan çıxışında regional və qlobal məsələlərə də toxunub:"Birinci Dünya Müharibəsindən bir əsr keçib, amma dünya sabitlik, dinclik və sülhdən hələ də məhrumdur. İraqdan Suriyaya, Fələstindən Yəmənə, Misirdən Liviyaya, Əfqanıstandan Ukraynaya qədər geniş coğrafiya dərin böhranlar içərisindədir”.
Ərdoğan XXI əsrdə insanların hələ aclıqdan, epidemiya xəstəliklərdən öldüyünü, uşaq və qadınların döyüşlərdə vəhşicəsinə qətl yetirlidiyini dilə gətirib:
"Dünyanın zəngin ölkələri rifah içində yaşayarkən kasıb ölkələr aclıq, pis qidalanma, epidemiya xəstəliklər, savadsızlıq problemləriylə mübarizə aparırır. Uşaqların öldüyü və öldürüldüyü bir dünyada, heç kim günahsız deyil, heç kimin can təhlükəsizliyi yoxdur, heç kim də davamlı sülh və rifah içində ola bilməz”.
Rüfanə GÜNƏŞ