Modern.az

ABŞ-ın ölkəmizdəki səfirliyi məlumat yaydı

ABŞ-ın ölkəmizdəki səfirliyi məlumat yaydı

Təhsil

25 Sentyabr 2014, 11:20

Modern.az-a daxil oln açıqlamada deyilir ki, Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Azərbaycan Hava Yollarının Birləşmiş Ştatlara etdiyi ilk birbaşa uçuşunu böyük məmnunluqla bəyan edir.

 

Bu kimi uçuşlar turizmin və yük daşımalarının inkişafına təkan verəcək və insanlar arasında münasibətləri genişləndirərək iki dövlət arasında olan dostluğu gücləndirəcək.

İlk hava reysinin gerçəkləşməsi ABŞ və Azərbaycan Respublikası hökumətlərinin bir neçə illik əməkdaşlığın zirvə nöqtəsidir.

ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Beynəlxalq Aviasiya Təşkilatının üzvü olan Azərbaycana edilən aviasiya təhlükəsizliyinin texniki yardımının iki mərhələsini maliyyələşdirmişdir. Bunun sayəsində Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycanın üzərinə düşən səkkiz mühüm təhlükəsizlik elementinə dair öhdəlikləri daha səmərəli yerinə yetirə bilmişdir. 2014-cü ilin martında isə beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirilməsini uğurla keçən Azərbaycan ABŞ-ın Federal Aviasiya Administrasiyası tərəfindən aviasiya təhlükəsizliyi sahəsində 1-ci ranq kateqoriyası almışdır.  

Bu isə Azərbaycanın hava daşıyıcılarına birbaşa ABŞ-a uçuş etmək icazəsi verir. Azərbaycan Hava Yolları və ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının son aylarda etdiyi əməkdaşlıq nəticəsində, Azərbaycanın ABŞ-a birbaşa hava reyslərinın keçirilməsi üçün bütün aviasiya təhlükəsizlik tələblərinə uyğun olması təmin edildi.   

Biz Azərbaycan Hökumətini son bir neçə il göstərdiyi əzmkarlıq və peşəkarlıq nəticəsində əldə olunmuş uğurla təbrik edirik. ABŞ Hökuməti gələcəkdədə Azərbaycanla mülki aviasiya sahəsində işi davam etmək və iqtisadi əməkdaşlığı gücləndirmək ümidindədir.  

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı