Modern.az

Rüşvətxorluqda ittihamlanan Orxan Kərimov Ali Məhkəmənin hökmünə ümidlidir

Rüşvətxorluqda ittihamlanan Orxan Kərimov Ali Məhkəmənin hökmünə ümidlidir

Təhsil

25 Sentyabr 2014, 11:42


“O cinayətdə mən subyekt olmamışam. Ədalət yerini tapacaq”. Bunu Modern.az-a rüşvət alma və təkrar rüşvət alma bəndləri ilə ittiham olunan şair Əli Kərimin oğlu, Təhsil Nazirliyinin keçmiş məsul şəxsi Orxan Kərimov deyib. O bildirib ki, yaxın vaxtlarda Ali Məhkəmədə məsələyə baxılacaq. “Narazı qaldığım çoxlu məqam var”. Məhkəmənin qərarının ədalətli olacağına inan O. Kərimov hazırda əlində əsaslı sənədlərin, faktların olduğunu deyib.

Qeyd edək ki, Orxan Kərimov 2011-ci il iyunun 6-da həbs olunmuşdu. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimova qarşı 2012-ci ilin yanvarında külli miqdarda rüşvət alma və təkrar rüşvət alma bəndləri ilə yeni ittiham da irəli sürülmüşdü.
10 deputat O. Kərimovun zaminə buraxılması üçün ölkə başçısına müraciət etmişdi. Bunlar Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Musa Quliyev, Çingiz Qənizadə, Fazil Mustafa, İqbal Ağazadə, İlyas İsmayılov, Nizami Cəfərov, Aqil Abbas, Zahid Orucdur. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Baş Prokurorluğa yazılı müraciət göndərərək Orxan Kərimovun həbsinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdi. 

Məltəm Talıbzadə  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı