Modern.az

Milli Məclis payız sessiyasına hazırdı

Milli Məclis payız sessiyasına hazırdı

Təhsil

25 Sentyabr 2014, 12:23

“Payız sessiyasının ilk  plenar iclası daxili nizamnaməyə uyğun olaraq sentyabr ayının 30-da keçiriləcək”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib: “Bir çox məsələlər müzakirə olunacaq. Təbii ki, ilk məsələ olaraq Milli Məclisin  2014-cü il payız sessiyasının  qanunvericilik işləri planı haqqında qanundur. Ümumilikdə 36 qanun layihəsi müzakirəyə təqdim olunacaq”.

Mətbuat katibi sentyabrın 30-da keçiriləcək iclasda müzakirəyə çıxarılacaq bəzi qanun layihələrindən də danışıb: “ Bildiyiniz kimi, komitələrin iclasları yekunlaşır. Yalnız Regional məsələlər komitəsinin  iclası  qalıb. O da sentyarın 26-da keçiriləcək. Bununla da komitə iclasları öz  işini yekunlaşdırır. Qərar qəbul etdikəri sənədlərin Milli Məclisin  plenar iclasına yəni, payız sessiyasının qanunvericilik işləri planına salınması tövsiyə olunur. 2014-cü ilin ilk payız sessiysında aşağıdakı qanunlara dəyişikliklər gözlənilir.

Payız sessiyasının ilk iclasında “Poçt haqqında”, “Qiymətli kağızlar bazarında isvestrların hüquqlarının müdafiəsi haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Valyuta tənzimi haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq.

Namidə BİNGÖL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı