Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanan “Şuşaya Azadlıq” beynəlxalq kompaniyası çərçivəsində yaradılan “Sosial Şəbəkələr və Media ilə iş” işçi qrupunun növbəti toplantısı keçirilib.
Modern.az xəbər verir ki, toplantıda işçi qrupunun gördüyü işlər, həmçinin planlaşdırılan layihələr barədə məlumat verilib. Qeyd olunub ki, qısa müddət ərzində işçi qrupun üzvləri tərəfindən Facebook-da Qarabağa dair qapalı səhifə yaradılıb və səhifə vasitəsilə xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə əlaqələr yaradılıb. Bundan əlavə, Xocalı soyqırımının növbəti ildönümünə kimi orijinal süjet xətti əsasında bir neçə sənədli filmin çəkilməsinə dair razılıqlar əldə olunub.
“Sosial Şəbəkələr və Media ilə iş” qrupunun üzvləri “Şuşaya Azadlıq” beynəlxalq kompaniyası çərçivəsində fəaliyyət göstərən digər işçi qruplarla da əməkdaşlığa başladıqlarını bildiriblər. İşçi qrupunun rəhbəri Elşad Eyvazlı, üzvlər Ceyhun Musaoğlu, Şahin Qocayev, Ayaz Mirzəyev, Aqil Camal və digərləri gələcəkdə planlaşdırılan məsələlərlə bağlı müxtəlif təkliflər səsləndiriblər.