Modern.az

BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycana gələcək

BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycana gələcək

Təhsil

25 Sentyabr 2014, 13:29


Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark 1-4 oktyabr tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Modern.az saytına BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Məlumata görə səfər çərçivəsində Helen Klark yüksək rütbəli hökumət nümayəndələri, qadın siyasətçiləri, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərlə görüşəcək.

Həmçinin  Xanım Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakı planlaşdırılır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...