Modern.az

Polis Akademiyasında hətta tibb elmləri namizədi olmaq mümkündür

Polis Akademiyasında hətta tibb elmləri namizədi olmaq mümkündür

Təhsil

25 Sentyabr 2014, 14:48


“Polis Akademiyasında 5 illik təhsil tam ali təhsil hesab olunur. Diploma ixtisas olaraq ali təhsilli hüquqşünas yazılır”. Bunu Modern.az-a Polis Akademiyasından bildiriblər. Azərbaycanda tam ali təhsilli kadr olmaq üçün bir neçə pilləli təhsil almaq lazımdır. Amma Polis Akademiyasında fərqlər var.

Akademiyanı bitirənlər necə elmi dərəcə alırlar? “Akademiyada əlavə magistratura, aspirantura təhsilinə ehtiyac qalmır. Elmi dərəcə almaq istəyənlər işləyə-işləyə hər hansı bir mövzunu götürür və onun üzərində işləyir. Elmi dərəcələr müxtəlif olur. Məsələn, bizim fəlsəfə doktorlarımız, dosentlərimiz, professorlarımız var.

Mövzular əsasən hüquq sahəsində götürülür. İctimai elmlər kafedrasında tarixdən mövzular götürülür. Tibb məntəqəmiz var ki, onun rəisi tibb elmləri namizədidir”. Əgər polislər bir addım öndə olmaq istəyirlərsə bir ildə əlavə oxumalıdırlar: “Polis Akademiyasında İdarəetmə fakültəsi var ki, istəyənlər 5 illik təhsili bitirdikdən sonra öz işində qalmaq şərti ilə 1 ildə idarəetmə fakültəsində təhsil ala bilərlər. Bu fakültədə təhsil alanlar daxili işlər orqanlarında məsul vəzifələr çalışmaq üçün bir pillə öndə olurlar. Bu fakültəni bitirənlərə şəhadətnamə verilir. İdarəetmə fakültəsində təhsil almaq üçün hər polis idarəsi ən yaxşı nümayəndələrini göndərir”.  

Qeyd edək ki, Polis Akademiyası sıravi polis əməkdaşı və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunub, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərib, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülüb.

1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrilib.
Prezidentin 23 may 1992-ci il tarixli fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən, Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradılıb.  

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı