“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsi çərçivəsində 19-20 sentybar tarixində Cəlilabad rayonunda qadınlar üçün “Qadın sahibkarlığı: kiçik biznesi necə qurmalı” mövzusunda təlim keçirilib. “Konstitusiya” Araşdırmalar Fodnunun prezidenti Əliməmməd Nuriyev və Cəlilabad rayon icra hakimiyyətinin başçısının müavini Dürdanə Əliyeva iştirakçıları salamlayıb.
Təlimin birinci günü “Sahibkarlığın hüquqi əsasları” mövzusuna həsr olunub. Təlimdə iştirakçılara fərdi sahibkarlıq, hüquqi şəxs yaradılması, vergilər, müqavilələr, sahibkarlıq fəaıiyyətini tənzimləyən qanunvercilik barədə məlumatlar verilib.
Təlimin ikinci gününü “Sahibkarlıq–kiçik və orta biznesin idarə olunmasında əsas prinsiplər” mövzusuna həsr edilib. İşirakçılara biznes, marketinq planın hazırlanması, biznes kredirlər barədə bilik və bacarıqlar öyrədilib. Biznes planın hazırlanması üçün qrup oyunları keçirilib. Qrup iştirakçıları biznes plan hazırlanması ilə bağlı tapşırıqları yerinə yetiriblər.
Təlimin yekunları ilə bağlı D.Əliyeva bildirib ki, sahibkarlığa meyil göstərən və artıq biznesi olan xanımlar üçün bu təlim çox faydalı bir töhfə oldu. İştirakçılar sahibkarlıq və biznes faəliyyətilə bağlı öz bilik bə bacarıqlarını artırmağa nail oldular: “Müzakirələr, suallar da göstərdi ki, xanımlar üçün biznes çox maraqlıdır. Onlarda istək, potensial açıq hiss olunur. Əminəm ki, bu təlim onların potensiallarını reallaşdırmağa çox böyük kömək olacaq”.
Təlimin sonunda iştirakçıların xanımlar fikirləri dinlənilib və onların sualları cavablandırılıb.
Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dətəyi ilə Kounterpart İnterneşnl təşkilatının icra etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsi çərçivəsində baş tutub.
Bu layihə çərçivəsində 18 sentyabr 2014-cü il tarixdə Cəlilabad rayon Zərifə Əliyeva adına 7 saylı orta məktəbdə 9-11-ci siniflərdə təhsil alan xanımlarla görüş keçirilib. Görüşdə xanım şagirdlərə təhslilin, xüsusən peşə təhsilinin vacibliyi barədə məlumat verilib. Azərbaycanda xanımların əldə etdikləri naliyyətlər, lider xanımların həyatından misallar, uğur hekayələri xanım şagirdlərin diqqətinə çatdırılıb. Layihə ekspertləri bu nümunələrlə xanım şagirdlərə karyera, uğur qazanılması üçün təhsilin xüsusi önəmini, vacibliyini anladıbalr. Təhsil almaq hüquqları, bununla bağlı valideynlərin məsuliyyəti və vəzifələri, xanım şagirdləri təhsildən yayındırmağa çalışanların məsuliyyəti barədə məlumat verilib. Həmçinin, erkən nikahların ziyanı, bununla bağlı məsuliyyət barədə bilgilər şagirdlərin diqqətinə çatdırılıb.
19 sentyabrda isə rayonda təhsil alan gənc qızlar, qadın təşkilatları, icmalarda fəaliyyət göstərən qadınlar, özəl sektor, dövlət orqanları yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin iştitakı ilə “Qadın sahibkarlığı və qadın məşğulluğu” mövzusunda ictimai dinləmə keçirilib.


Modern.az