Modern.az

QHT-lər xarici donorlardan gizli pul ala bilərlərmi? - Ekspertlər bunu istisna etmir

QHT-lər xarici donorlardan gizli pul ala bilərlərmi? - Ekspertlər bunu istisna etmir

Təhsil

25 Sentyabr 2014, 16:35


ABŞ prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün ilk sessiyasındakı vətəndaş cəmiyyətinin inkişafına həsr olunmuş çıxışında Azərbaycanda fəaliyyət göstərən QHT-in fəaliyyətinə də toxunub. Onun iddiasına görə, Azərbaycanda QHT-in fəaliyyəti məhdudlaşdırılır. Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycanda fəaliyyət göstərən və xaricdən maliyyələşdirilən QHT-lərin bank hesabları dondurulub. Maraqlıdır, bundan sonra həmin QHT-lər qeyri-leqal yolla maliyyələşdirilə bilərlərmi?

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a  açıqlamasında məsələni belə şərh edib: “QHT-lər öz işlərini görür. Əslində QHT-lər xarici donorların hesabına Azərbaycanda bir çox insana pul da verirdilər. Artıq həmin proses dayanıb, xaricilər qrantları vermək istəmirlər. Qrant verilən QHT-lərin nə iş gördüyü, pulu necə və hara xərclədiyi yoxlanılmalıdır. Pul aldığımız donorlar Azərbaycandan gediblər. Ona görə də indi hamımız eyni vəziyyətdəyik. İndi heç kəsin pulu yoxdur. Demək olar ki, işlərimiz dayanıb”.

“Şərq-Qərb” araşdırmalar mərkəzinin  rəhbəri və “Fridrix Nauman” Fondunun Azərbaycan üzrə layihəsinin keçmiş koordinatoru Ərəstun Oruclu isə məsələyə daha geniş aspektdən yanaşır:  “Əvvəla, onu deyim ki, qeyri-leqal maliyyələşdirmə heç zaman olmayıb. Qrant almasam da, bu sahədə işləmişəm. 15 il beynəlxalq təşkilatın ofis rəhbəri olmuşam. Bu mexanizmləri bilirəm. Orada iki variant olub. Birincisi qeydiyyatı olan təşkilatların yerləşdirilməsidir. Beynəlxalq donorlar həm dövlət qeydiyyatı olan, həm də olmayan təşkilatlara qrantlar ayırıblar. Ancaq bu da qeyri-leqal olmayıb. Ona görə ki, bütün bu maliyyə fəaliyyəti ilə bağlı hesabatlar verilirdi. Bunları leqal və qeyri-leqal kimi təqdim etmək doğru deyil. Qeyri-leqal odur ki, pul əlaltından verilir və onun təyinatı da bəlli deyil. Dövlətə qarşı hansısa işlərə sərf olunur. Məsələn, Azərbaycandakı bəzi təşkilatın heç vaxt dövlət qeydiyyatı olmayıb. Ancaq həmin təşkilat donorların dəstəyi ilə  müxtəlif tədbirlər,  treninqlər keçirib. Bu artıq qeyri-leqal fəaliyyət deyil. Qeyri-leqal fəaliyyət qanundan kənar fəaliyyət növüdür. İndiki məhdudlaşmalara gəldikdə, fikrimcə, bu qeyri-leqal maliyyələşdirmə üçün zəmin yaradan alovdur. Bu, uzaqgörən yanaşma olmadı. Əgər hansısa beynəlxalq təşkilatın Azərbaycandakı QHT vasitəsi hər hansı layihəsini gerçəkləşdirmək marağı olacaqsa, həmin maliyyələşdirmə başqa formada çatdırılacaq”.

Namidə BİNGÖL  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı