İraqın baş naziri Heydər al-Abadi İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə gücsüz olduğunu etiraf edib. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, o, İraq hakimiyyətinin İŞİD-in törətdiyi terror aktlarının qarşısını ala bilməyi bacarmadığını deyib.
Baş nazirin sözlərinə görə bundan sonra da İŞİD-in terror hücumları təhlükəsi mövcuddur. İraqın hökumət başçısı bildirib ki, İŞİD Nyu-York və Parisdə terror törətməyi planlaşdırır. BMT Baş Məclisinin iclası ərəfəsində jurnalistlərə açıqlama verən baş nazir qeyd edib ki, belə təhlükələr real görünür.
“Mən burda olanda Bağdaddan xəbərlər aldım. Mənə dedilər ki, İraqda elə şəbəkələr var ki, Nyu-York və Parisdə terror aktları planlaşdırır. Aldığım informasiyaya görə mühakimə yürütsək, bunun reallaşa biləcəyini söyləmək olar”.
Lakin o, detalları açıqlamayıb.
Modern.az