Modern.az

Vəkil: “Rauf Arifoğlunun qalib gələcəyiənə əminəm”

Vəkil: “Rauf Arifoğlunun qalib gələcəyiənə əminəm”

Təhsil

26 Sentyabr 2014, 11:48


“Mən Rauf Arifoğlunun məhkəmədə qalib gələcəyinə əminəm. Əmin olmasaydım, onu müdafiə etməzdim”. Bunu Modern.az-a açıqlamasında vəkil Cavad Cavadov bildirib.

Qeyd edək ki, Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

İddia ərizəsində A. Məmmədov R. Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edir.

Bu gün saat 11.30-da Xətai Rayon Məhkəməsində Anar Məmmədovun Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayəti üzrə hazırlıq iclası keçirilir.

R.Arifoğlunun hüquqlarının C. Cavadovdan başqa, Elçin Sadıqov da müdafiə edəcək. 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı