Modern.az

Məhbus oğluna telefon aparan ana tutuldu

Məhbus oğluna telefon aparan ana tutuldu

Təhsil

26 Sentyabr 2014, 11:52

Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Belə ki, orada cəza çəkən, Cinayət Məcəlləsinin 170.3; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilən məhkum Hikmət Feyziyevin yanına qısamüddətli görüşə gəlmiş anası Dünyaxanım Feyziyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd “KENEKSİ” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.



Gülşən RAUFQIZI

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı